Tonqa sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

Tonqa sahillərində 6,2 bal gücündə zəlzələ baş verib Tələfat və dağıntılar barəsində məlumat verilmir
Digər ölkələr
25 İyun , 2017 22:34
Tonqa sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

Bakı. 25 iyun. REPORT.AZ/ Sakit okeanda, Tonqa sahillərində 6,2 bal gücündə zəlzələ olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeraltı təkanlar Polineziyada qeydə alınıb. Zəlzələnin episentri Tonqanın paytaxtı Nukualofa şəhərindən 209 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 38 kilometr təşkil edib.

Tələfat və dağıntılar barəsində məlumat verilmir. Sinami təhlükəsi elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi