Tonqo sahillərində 5,6 bal gücündə zəlzələ olub

Tonqo sahillərində 5,6 bal gücündə zəlzələ olub Dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb
Digər ölkələr
4 Noyabr , 2017 22:27
Tonqo sahillərində 5,6 bal gücündə zəlzələ olub

Bakı. 4 noyabr. REPORT.AZ/ Sakit okeanın Tonqo ada dövləti sahillərində 5,6 bal gücündə zəlzələ olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti (USGS) məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 4:24-də qeydə alınıb. Zəlzələnin episentri Xisifo yaşayış məntəqəsindən 95 kilometr şimal-şərqə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, Tonqoda daha əvvəl 6,9 bal gücündə zəlzələ olub.

Son xəbərlər

Orphus sistemi