Tonqo Krallığında 5,8 bal gücündə zəlzələ baş verib

Tonqo Krallığında 5,8 bal gücündə zəlzələ baş verib Tələfat və dağıntı barəsində məlumat verilmir
Digər ölkələr
29 Mart , 2017 06:41
Tonqo Krallığında 5,8 bal gücündə zəlzələ baş verib
Courtesy İmage

Bakı. 29 mart. REPORT.AZ/ Sakit okean hövzəsində, Tonqo Krallığının paytaxtından 140 kilometr şərqdə, Nukualofa şəhərində (Tonqatapu adasında) 5,8 bal gücündə zəlzələ baş verib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Altay-Sayan Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, zəlzələnin episentri 21.18 dərəcə cənub eni və - 173.83 dərəcə qərb uzunluq dairəsində yerləşib. Zəlzələ episentrində intensivliyinə görə "dağıdıcı" kimi qiymətləndirilib.

Hələlik tələfat və dağıntı barəsində məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi