Tonqada vulkan püskürməsi səbəbindən iki ada ilə əlaqə kəsilib

Tonqada vulkan püskürməsi səbəbindən iki ada ilə əlaqə kəsilib Tonqa Krallığının sahillərində baş vermiş vulkan püskürməsi nəticəsində onun paytaxtı Nukualofanın küçələri kül və palçıqla örtülüb.
Digər ölkələr
19 Yanvar , 2022 05:52
Tonqada vulkan püskürməsi səbəbindən iki ada ilə əlaqə kəsilib

Tonqa Krallığının sahillərində baş vermiş vulkan püskürməsi nəticəsində onun paytaxtı Nukualofanın küçələri kül və palçıqla örtülüb.

Krallığın iki ada ilə - Mango və Fonoi adaları ilə əlaqəsi kəsilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Son məlumatlara görə, Tonqada baş verən təbii fəlakət 3 nəfərin həyatına son qoyub.

Regionun məşhur kurortlarının yerləşdiyi Tonqatapu adasının qərb sahilində infrastruktura ciddi ziyan dəydiyi bildirilir.

Güclü vulkan püskürməsi nəticəsində yaranan dalğalar Alyaskada hiss olunub və yaranan sunami Yaponiyada, ABŞ-ın qərb sahilində və Peruda daşqınlara səbəb olub.

Son xəbərlər

Orphus sistemi