Yuxarı

Tonqa Krallığında 5,8 bal gücündə zəlzələ baş verib

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir

Bakı. 7 aprel. REPORT.AZ/ Tonqa Krallığı sahillərində bu gün Bakı vaxtı ilə 05.46`da 5,8 bal gücündə zəlzələ baş verib.

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumara görə, yeraltı təkanların episentri Niuatoputapu adasıdında, Xixifo yaşayış məntəqəsindən 100 km aralıda yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, Tonqa Sakit okeanın cənubunda 170 kiçik adadan ibarət ölkədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi