Toni Bleyer: "Brexit" Şotlandiyanın müstəqilliyi barədə başqa referenduma gətirib çıxaracaq"

Toni Bleyer: "Brexit" Şotlandiyanın müstəqilliyi barədə başqa referenduma gətirib çıxaracaq" "Bu qərarın çox böyük nəticələri olacaq"
Digər ölkələr
1055
24 İyun , 2016 16:02
Toni Bleyer: Brexit Şotlandiyanın müstəqilliyi barədə başqa referenduma gətirib çıxaracaq

Bakı. 24 iyun. REPORT.AZ/ "Böyük Britaniyanın Avropa İttifaqından çıxması Şotlandiyanın müstəqilliyi barədə ikinci referendumun keçirilməsinə zəmin yaradacaq".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer deyib.

"Bu qərarın çox böyük nəticələri olacaq. "Brexit" Şotlandiyada, amma bu dəfə başqa şərtlərlə növbəti referendum keçirilməsinə zəmin yaranır", - deyə o "Skynews" telekanalının efirində bildirib.

Daha əvvəl Şotlandiyanın birinci naziri Nikola Stercen ölkənin öz gələcəyini Avropa İttifaqının tərkibində gördüyünü söyləmişdi. Öz növbəsində, şotland millətçilərin keçmiş lideri Aleks Salmond indi Şotlandiyanın müstəqilliyi barədə təkrar referendum keçirməyə çağırış edib.

Son xəbərlər

Orphus sistemi