Tokyo hava limanında "Korean Air" aviaşirkətinə məxsus laynerin mühərriki yanıb

Tokyo hava limanında "Korean Air" aviaşirkətinə məxsus laynerin mühərriki yanıb Bütün 319 sərnişin və ekipaj üzvü təcili təxliyyə olunub
Digər ölkələr
27 May , 2016 09:57
Tokyo hava limanında Korean Air aviaşirkətinə məxsus laynerin mühərriki yanıb

Bakı. 27 may. REPORT.AZ/ Tokyonun Xaneda hava limanında "Korean Air" aviaşirkətinə məxsus "Boeing 777" avialaynerin sol mühərrikinin yanması nəticəsində 319  sərnişin və ekipaj üzvü təcili təxliyyə olunub.

Bu barədə "Report" "Kiodo"ya istinadən xəbər verir.

Təyyarə havaya qalxmaq üçün uçuş-eniş zolağına çıxıb, bu zaman sol qanadı tərəfindən tüstünün çıxdığı müəyyən olunub. Bütün 319 sərnişin və ekipaj üzvü təcili təxliyyə olunub, xəsarət alan olmayıb. Təyyarə Tokyodan Seula uçurdu.

Yanğın söndürülüb. Polis və yanğınsöndürənlər hadisənin səbəblərini araşdırır. 

Son xəbərlər

Orphus sistemi