Tokionun şimal-şərqində 5,3 bal gücündə zəlzələ baş verib

Tokionun şimal-şərqində 5,3 bal gücündə zəlzələ baş verib Güclü yeraltı təkanlar 10 prefekturada, o cümlədən paytaxtda hiss edilib
Digər ölkələr
20 Oktyabr , 2016 07:10
Tokionun şimal-şərqində 5,3 bal gücündə zəlzələ baş verib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Yaponiyanın paytaxtı Tokio şəhərinin şimal-şərqində 5,3 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə "NHK" telekanalı Milli Meteoroloji İdarəyə istinadən məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Tiba prefekturasının şimalında yerləşib. Zəlzələ ocağı 40 kilometr dərinlikdə olub.

Dağıntı və ya tələfat barəsində məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib. Güclü yeraltı təkanlar 10 prefekturada, o cümlədən ölkənin paytaxtında hiss edilib.

Son xəbərlər

Orphus sistemi