Yuxarı

​Tokioda qadın ilk dəfə olaraq şəhər meri seçilib

Yuriko Koike 2 milyon 912 min səs toplayıb

Bakı. 1 avqust. REPORT.AZ/ Yaponiyanın sabiq müdafiə naziri Yuriko Koike Tokionun ilk qadın meri olub. O, bazar günü keçirilən şəhər meri seçkilərində inamlı qələbə qazanıb.

"Report" xəbər verir ki, NHK telekanalının Seçki Komissiyasına istinadən yaydığı məlumata görə, bu il seçicilərin seçkilərdə iştirakı 59,73% təşkil edib ki, bu da 2014-cü ilin analoji göstəricisi ilə müqayisədə 13,59 faiz çoxdur.

Səsvermənin nəticələrinə görə, Yuriko Koike 2 milyon 912 min səs toplayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi