Yuxarı
    Bağlamaq

    Tokioda güclü yanğın olub, xəsarət alanlar var

    Hadisə yerində 30 yanğınsöndürmə briqadası işləyir

    Bakı. 7 yanvar. REPORT.AZ/ Yaponiyanın paytaxtı Tokioda, Sindzyukudakı Kabuki məhəlləsində güclü yanğın baş verib, xəsarət alanlar var. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tokio Yanğından Mühafizə İdarəsindən məlumat verilib.

    Hadisə yerində 30 yanğınsöndürmə briqadası işləyir. Xəsarət alanlar olsa da, onların dəqiq sayı barədə məlumat verilmir. Bundan əlavə, yanğınsöndürənlər binanın ikinci mərtəbəsində hələ də insanların olduğunu söyləyir. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

    Qeyd edək ki, Sindzyuku rayonu əyləncə mərkəzləri və restoranları ilə məşhurdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi