Tokioda yoluxma sayında gündəlik rekord yeniləndi

Tokioda yoluxma sayında gündəlik rekord yeniləndi Son sutka ərzində Yaponiya paytaxtı Tokioda 240-dan çox yeni koronavirusa yoluxma faktı aşkar edilib
Digər ölkələr
10 İyul , 2020 11:57
Tokioda yoluxma sayında gündəlik rekord yeniləndi

Son sutka ərzində Yaponiya paytaxtı Tokioda 240-dan çox yeni koronavirusa yoluxma faktı aşkar edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü şəhər administrasiyasından açıqlama verilib. Daha dəqiq statistikanın yaxın zamanda dərc olunacağı qeyd olunub.

Beləliklə, Yaponiya paytaxtı gündəlik yeni yoluxma hallarının sayı baxımından rekordunu yeniləyib. Əvvəlki rekord iyulun 9-da qeydə alınmışdı - 224 yoluxma. Tokiodakı yeni yoluxanların böyük əksəriyyəti aktiv gecə həyatı sürən 20-40 yaşlı insanlardır.

“Diamond Princess” kruiz gəmisinin sərnişinləri və ekipajı da daxil olmaqla, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 21 min nəfəri keçib, 995 ölüm faktı qeydə alınıb. Təxminən, 18 min nəfər virusdan sağalıb, 36 pasiyent reanimasiya şöbələrində ağır vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi