Qazaxıstan prezidenti: "Sərbəst toplaşmaq haqqında" qanun yenidən hazırlanır"

Qazaxıstan prezidenti: "Sərbəst toplaşmaq haqqında" qanun yenidən hazırlanır" Qazaxıstanda Sərbəst toplaşmaq haqqında qanun yenidən hazırlanır. Bu sənəd çərçivəsində qanunsuz yığıncaqların qarşısı alınacaq.
Digər ölkələr
17 İyun , 2019 10:49
Qazaxıstan prezidenti: Sərbəst toplaşmaq haqqında qanun yenidən hazırlanır
РИА "Новости"

"Qazaxıstanda "Sərbəst toplaşmaq haqqında" qanun yenidən hazırlanır. Bu sənəd çərçivəsində qanunsuz yığıncaqların qarşısı alınacaq".

“Report” “Euronews”a istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan prezidenti Qasım-Comart Tokayev bildirib.

“Təbii ki, bütün qanunsuz aksiyaların qarşısı alınacaq. Baş Prokurorluq da bu cür küçə aksiyalarının qanunsuz olduğunu dəfələrlə bildirib. İcazəsiz mitinqlər iğtişaşlara çevrilir, bu aksiyalarda iştirak etmək istəməyən insanlara maneələr yaradır. Yeni qanuna görə, nümayişə çıxıb öz fikirlərini ifadə etmək istəyənlər müvafiq orqanlara müraciət edəcəklər. Onlara toplaşmaq üçün xüsusi yerlər ayrılacaq”, - deyə dövlət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi