Tokayev Rusiyadakı hadisələrlə bağlı TŞ-nin növbədənkənar iclasını keçirib

Tokayev Rusiyadakı hadisələrlə bağlı TŞ-nin növbədənkənar iclasını keçirib Qazaxıstan Prezidenti Kasım- Jomərt Tokayev Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.
Digər ölkələr
25 iyun 2023 06:07
Tokayev Rusiyadakı hadisələrlə bağlı TŞ-nin növbədənkənar iclasını keçirib
Kasım-Jomart Tokayev

Qazaxıstan Prezidenti Kasım- Jomərt Tokayev Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, əsas mövzu Rusiyadakı hadisələr, o cümlədən “Vaqner” Xüsusi Hərbi Şirkətinin qiyamı olub.

Tokayev bildirib ki, Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Daha sonra V.Priqojinlə Belarus Prezidenti Aleksanr Lukaşenko arasında telefon danışığı olub və “Vaqner” rəhbəri geri çəkildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi