Tini Koks AŞPA-nın yeni prezidenti seçilib

Tini Koks AŞPA-nın yeni prezidenti seçilib Tini Koks (Tiny Kox) 164 səslə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.
Digər ölkələr
24 Yanvar , 2022 16:44
Tini Koks AŞPA-nın yeni prezidenti seçilib

Tini Koks (Tiny Kox) 164 səslə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

“Report”un Fransa bürosu xəbər verir ki, 69 yaşlı hollandiyalı deputat 2022-ci il ərzində qurumun prezidenti vəzifəsini icra edəcək.

O, Belçikadan olan senator Hendrik Daemsi əvəzləyəcək. Belçikalı deputat 2020-2021-ci illər ərzində qurumun prezidenti vəzifəsini icra edib. O pandemiya ilə bağlı iki il bu postda qalıb.

Qeyd edək ki, ukraynalı deputat Maria Mezentseva da bu vəzifəyə namizəd idi. Lakin o, yalnız 80 səs toplaya bilib.

AŞPA prezidentliyinə növbəti seçkilər 2023-ci ilin yanvarında baş tutacaq.

İngilis versiyası New PACE chairman elected

Son xəbərlər

Orphus sistemi