Tillerson: "Rusiyanın seçkilərə "müdaxiləsi"nə sanksiyalarla müqayisədə daha səmərəli cavab verilə bilər"

Tillerson: "Rusiyanın seçkilərə "müdaxiləsi"nə sanksiyalarla müqayisədə daha səmərəli cavab verilə bilər" "Mənim məxfi olmayan hissədə gördüklərim narahatlıq doğurur"
Digər ölkələr
12 Yanvar , 2017 03:46
Tillerson: Rusiyanın seçkilərə müdaxiləsinə sanksiyalarla müqayisədə daha səmərəli cavab verilə bilər

Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ-ın xüsusi xidmət orqanlarının məxfi məlumatların öyrənilməsi üzrə təhqiqatının yekununda Rusiyanın Amerikadakı seçkilərə müdaxilə etməsinə dair təkzibedilməz sübutlar əldə olunarsa, o zaman buna sanksiyalarla müqayisədə daha səmərəli cavab verilə bilər.

"Report" xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi postuna namizəd Reks Tillerson deyib.

"Mənim məxfi olmayan hissədə gördüklərim narahatlıq doğurur. Və əgər əlavə məlumat Rusiyanın seçkilərdə iştirak səviyyəsini göstərərsə, buna cavab vermək lazımdır", — deyə namizəd bildirib.

Son xəbərlər

Orphus sistemi