Tillerson: "Rusiyada təqribən 35 min Şimali Koreya vətəndaşı işləyir"

Tillerson: "Rusiyada təqribən 35 min Şimali Koreya vətəndaşı işləyir" Onların əksəriyyəti Uzaq Şərq inşaatlarında çalışırlar
Digər ölkələr
13 Dekabr , 2017 04:52
Tillerson: Rusiyada təqribən 35 min Şimali Koreya vətəndaşı işləyir

Bakı. 13 dekabr. REPORT.AZ/ Şimali Koreyanın çoxlu sayda vətəndaşı Rusiya ərazisində hələ də işləyir, onların sayı təqribən 35 mindir.

“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantika Şurasında çıxışı çərçivəsində deyib.

"Bizim bu işçi qüvvəsi axınını dayandırmaq üçün nazir Lavrovla çoxlu səciyyəvi danışıqlarımız olub. Bu, böyük rəqəmdir – bu gün Rusiyada Şimali Koreyadan təqribən 35 min işçi var", — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi