Bakı. 12 aprel. REPORT.AZ/ Suriya prezidenti Bəşər Əsədin hərəkətləri tezliklə onun hakimiyyətinin sonunu gətirəcək.
"Report" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə danışıqların sonunda bildirib.
"Bizim mövqeyimiz ondan ibarətdir ki, Əsədin rejimi sona yaxınlaşır və onlar bir neçə ildir davam edən müharibə və öz davranışları səbəbindən bunda özləri günahkardırlar", - deyə Dövlət Departamentinin rəhbəri bildirib.
Tillerson, eyni zamanda Rusiyanı Əsədə "bu reallığı dərk etməkdə" köməklik göstərməyə çağırıb.