Tillerson: ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Ukrayna münaqişəsinin həllinə qədər qüvvədə qalacaq

Tillerson: ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Ukrayna münaqişəsinin həllinə qədər qüvvədə qalacaq Bunu o, Ukrayna prezidenti ilə danışıqların yekununda deyib
Digər ölkələr
10 İyul , 2017 06:45
Tillerson: ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Ukrayna münaqişəsinin həllinə qədər qüvvədə qalacaq

Bakı. 10 iyul. REPORT.AZ/ Birləşmiş Ştatların Rusiyaya qarşı sanksiyaları Ukraynada münaqişə həll olunana qədər qüvvədə qalacaq.

"Report" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

"ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları Moskva bu sanksiyalara səbəb olan əməliyyatları dayandırmayınca qüvvədə qalacaq", - deyə Tillerson bazar günü Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə danışıqların yekunu üzrə keçirdiyi brifinqdə bildirib.

Son xəbərlər

Orphus sistemi