Yuxarı
    Bağlamaq

    Tikritdə Səddam Hüseynin məzarı dağıdılıb

    Məzardan yalnız dayaq sütunları qalıb

    Bakı. 16 mart. REPORT.AZ/ Hökumət qüvvələrinin İraqın Tikrit şəhərində "İslam Dövləti" qruplaşması yaraqlıları ilə şəhərə nəzarət uğrunda apardığı döyüşlər zamanı Səddam Hüseynin məzarı dağıdılıb. Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir. 

    Qeyd olunur ki, məzardan yalnız dayaq sütunları qalıb. Bundan başqa Səddam Hüseynin şəkilləri olan plakatların yerinə İraq birləşmiş qoşunlarının bayraqları və onların liderlərinin şəkilləri asılıb. 

    Qeyd edək ki, martın 11-də İraq hərbçiləri və yerli özünümüdafiə dəstələri "İslam Dövləti" terror qruplaşmasının yaraqlılarının olduğu Tikrit şəhərinə daxil olublar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi