Tibb və fiziologiya sahəsində Nobel mükafatçılarının adları açıqlanıb

Tibb və fiziologiya sahəsində Nobel mükafatçılarının adları açıqlanıb Oktyabrın 6-da Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı elan olunacaq
Digər ölkələr
2 Oktyabr , 2017 14:13
Tibb və fiziologiya sahəsində Nobel mükafatçılarının adları açıqlanıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, onların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyir.

Onlar insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf etdikləri üçün bu mükafata layiq görülüblər.

Qeyd edək ki, oktyabrın 3-də fizika, oktyabrın 4-də isə kimya sahələrində laureatların adları açıqlanacaq. Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı oktyabrın 6-da elan olunacaq. Oktyabrın 9-da isə iqtisadiyyat sahəsində Nobel mükafatını qazanan alimin adı bilinəcək. 

Son xəbərlər

Orphus sistemi