“The Wall Street Journal”: Fransadakı nümayişlər səbəbindən Makronun siyasəti dəyişə bilər

“The Wall Street Journal”: Fransadakı nümayişlər səbəbindən Makronun siyasəti dəyişə bilər Bakı. 10 dekabr. REPORT.AZ/ Parisdə “sarı jiletlilər” hərəkatının etiraz aksiyaları Prezident Emanuel Makronun islahatlar siyasətinə mənfi təsir göstərə bilər.
Digər ölkələr
10 Dekabr , 2018 15:42
“The Wall Street Journal”: Fransadakı nümayişlər səbəbindən Makronun siyasəti dəyişə bilər

Bakı. 10 dekabr. REPORT.AZ/ Parisdə “sarı jiletlilər” hərəkatının etiraz aksiyaları Prezident Emanuel Makronun islahatlar siyasətinə mənfi təsir göstərə bilər.

“Report” xəbər verir ki, “The Wall Street Journal”ının yazdığına görə, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, 8-9 dekabr günləri müxtəlif iri şəhərlərdə baş verən zorakılıqlar səbəbindən E.Makron əvvəllər olmadığı kimi, küncə çəkilib və rəsmilərin dediyinə görə, dekabrın 10-da xalqa müraciət etməyi düşünür.

Qeyd olunur ki, hazırda Fransanın dövlət başçısı ölkədə irimiqyaslı iqtisadi islahatlar aparmaq planlarını təxirə salmaq istiqamətində görünməmiş təzyiqlərlə üzləşir. Rəsmi məlumata görə, son etiraz aksiyasında 136 min nəfər iştirak edib, bəzi etirazçılar dükan vitrinlərini sındırmış, yanğınlar törətmişlər. Əmək, vergi, dövlət məsrəfləri, təqaüd sistemi kimi, sahələrdə köklü islahatlar keçirməklə Fransanı dünyada rəqabətə davamlı ölkə halına gətirməyi nəzərdə tutan E.Makron artıq bu planlarına dəyişiklik etməsi üçün çağırış və təzyiqlərlə üzləşir.

Son xəbərlər

Orphus sistemi