Təyyarələrdə elektron qurğu qadağasının səbəbi məlum olub

Təyyarələrdə elektron qurğu qadağasının səbəbi məlum olub Bu, batareyalarda bombanın ola bilmə ehtimalı ilə əlaqədardır
Digər ölkələr
22 Mart , 2017 00:42
Təyyarələrdə elektron qurğu qadağasının səbəbi məlum olub

Bakı. 22 mart. REPORT.AZ/ ABŞ-da təyyarə salonlarında elektron qurğuların daşınmasına qoyulan qadağa "Əl-Qaidə" qruplaşmasının partlayıcı maddəni noutbuk, planşet və digər qurğuların batareyalarında gizlətmək üsulu işləyib hazırlaması ilə əlaqəli ola bilər.

"Report" xəbər verir ki, bunu CBS telekanalına adını gizli saxlayan amerikalı məmur deyib.

Belə hadisələrdən biri 2016-cı ilin fevralında "Daallo Airlines" aviaşirkətinə məxsus təyyarədə baş verib. Həmin təyyarə Somalinin paytaxtı Moqadişodan Cibutiyə uçurmuş. Onun göyərtəsində kamikadze tərəfindən minalanmış noutbukun köməkliyi ilə partlayış törədilib.

Son xəbərlər

Orphus sistemi