Texasın 50 dairəsində qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan olunub

Texasın 50 dairəsində qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan olunub Qasırğa 1 nəfərin ölümünə səbəb olub
Digər ölkələr
27 Avqust , 2017 00:49
Texasın 50 dairəsində qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan olunub

Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ-ın Texas ştatının qubernatoru Qreqq Ebbott ştatın daha 20 dairəsində fövqəladə vəziyyətin elan olunduğunu bildirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, beləliklə fövqəladə vəziyyət rejimi hazırda Texasın 50 dairəsində qüvvədədir.

Qubernator Qreqq Ebbott mətbuat konfransında bildirib ki, 1,8 min hərbçi axtarış-xilasetmə işləri üçün ayrılıb. Ştat təbii hadisənin tüğyan etdiyi ərazilər üçün içməli su, buz və qida tədarükü görüb.

Bu arada qasırğanın ilk qurbanı haqda məlumat verilib. Texasın Rokport şəhərinin meri Çarlz Vaks qasırğa səbəbindən yanan evdə 1 nəfərin öldüyünü bildirib. Bundan əlavə, onun sözlərinə görə, 338 min Texas sakini elektrik enerjisiz qalıb. Ştatın sahilləri yaxınlığındakı həbsxanada cəza çəkən 5000 məhbus təxliyyə edilir. 

Son xəbərlər

Orphus sistemi