Texasda qasırğa səbəbindən mal-qara kütləvi şəkildə tələf olur

Texasda qasırğa səbəbindən mal-qara kütləvi şəkildə tələf olur Bu qədər heyvan itkisi təsərrüfat sahiblərinə milyonlarla dollara başa gələ bilər
Digər ölkələr
10 Sentyabr , 2017 00:56
Texasda qasırğa səbəbindən mal-qara kütləvi şəkildə tələf olur

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Harvi" qasırğası ABŞ-ın Texas ştatında min baş mal-qaranın tələf olmasına gətirib çıxara bilər.

"Report" xəbər verir ki, bunu ştatın kənd təsərrüfatı departamentləri ilə əlaqəli insanlar bildiriblər.

Bu qədər heyvan itkisi təsərrüfat sahiblərinə on milyonlarla dollara başa gələ bilər. Belə ki, Texasda ev heyvanları sahibləri yüksək xidmət haqqı səbəbindən bir qayda olaraq öz sürülərini sığortalatdırmaqdan imtina edirlər. Belə olan halda, onların əksəriyyəti heyvanlarını itirəcəyi təqdirdə maddi təzminat ala bilməyəcəklər.

Bildirilir ki, heyvanların çoxu suyun içində tapılır və quruya çıxarılınca taqətdən düşdükləri üçün ölürlər.

Son xəbərlər

Orphus sistemi