​Texasda qasırğa ilə müşayiət olunan dolu 110 min avtomobilə ziyan vurub

​Texasda qasırğa ilə müşayiət olunan dolu 110 min avtomobilə ziyan vurub Ümumi zərər 1,36 mlrd. dollar məbləğində rekord həddə çatıb
Digər ölkələr
21 Aprel , 2016 05:00
​Texasda qasırğa ilə müşayiət olunan dolu 110 min avtomobilə ziyan vurub

Bakı. 21 aprel. REPORT.AZ/ Qasırğa ilə müşayiət olunan dolunun yağması nəticəsində Amerikanın Texas ştatına rekord həddə - 1,36 mlrd. dollar məbləğində ziyan dəyib.

"Report" xəbər verir ki, bu barədə Texasın Sığorta Şurası ayıqlama verib.

Ştat ərazisində təbii fəlakət aprelin 12-də baş verib. Şiddətli külək və dolu 110 mindən çox avtomobilə və minlərlə evə ziyan vurub. Bu kateqoriyalar üzrə dəyən ziyan müvafiq olaraq 560 mln. dollar və 800 mln. dollar dəyərində qiymətləndirilir.

Dəyən ziyanın ümumi həcmi 1,36 mlrd. dollar edir ki, bu da Texas ştatı üçün rekord göstəricidir və 5 may 1995-ci ildə Fort-Uort şəhərində baş verən qasırğanın nəticələrini üstələyir. Həmin zaman dəyən ziyan 1,1 mlrd. dollar məbləğində idi.

Son xəbərlər

Orphus sistemi