Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ polisi Texas ştatının Dallas şəhərində 3 nəfərə atəş açaraq yaralayan şəxsi saxlayıb.
"Report"un məlumatına görə, "ABC News" telekanalı polisə istinadən xəbər verib.
Telekanal bildirib ki, şübhəli şəxs fasiləsiz avtomobil təqibindən sonra yaxalanıb.
"Biz axtardığımızı tapdıq", - deyə Dallas meri Mayk Roulinq telekanala bildirib. Qeyd edək ki, daha əvvəl Dallasın Polis İdarəsi naməlum şəxsin 2 polis əməkdaşını və 1 dinc sakini odlu silahdan açılan atəşlə yaralaması barədə məlumat yayıb. Polis əməkdaşlarının vəziyyəti kritik qiymətləndirilir.
Hadisənin təfərrüatı açıqlanmır.