ABŞ-da neft anbarında partlayış olub, xəsarət alanlar var  

ABŞ-da neft anbarında partlayış olub, xəsarət alanlar var   ABŞ-ın Texas ştatında, Korpus-Kristidə “Magellan Midstream Partners” şirkətinin zavodu ərazisində xam neftin saxlanılması rezervuarının partlayışı zamanı azı yeddi nəfər müxtəlif xəsarətlər alıb.
Digər ölkələr
6 Dekabr , 2020 04:18
ABŞ-da neft anbarında partlayış olub, xəsarət alanlar var   

ABŞ-ın Texas ştatında, Korpus-Kristidə “Magellan Midstream Partners” şirkətinin zavodu ərazisində xam neftin saxlanılması rezervuarının partlayışı zamanı azı yeddi nəfər müxtəlif xəsarətlər alıb.

“Report”un məlumatına görə, bu barədə yanğınsöndürmən xidmətinə istinadən “Associated Press” agentliyi bildirib.

Agentliyin məlumatına görə, dörd yaralının vəziyyəti kritik qiymətləndirilir. Yanğın tamamilə söndürülüb.

Yanğınsöndürmə xidmətinin rəis müavini qeyd edib ki, hadisə nəticəsində ciddi maddi ziyan və havanın çirklənməsi aşkarlanmayıb.

Şirkətin nümayəndəsi Mark Kelxunun sözlərinə görə, şənbə günü səhər xam neftin saxlanıldığı, işçilərin təmizlədiyi və yoxladığı rezervuarın yanında alovlanma baş verib. "Hadisənin səbəbinə gəlincə, biz hələ bilmirik ki, nə baş verib və yanğına səbəb nə olub", - Kelxun deyib.

Son xəbərlər

Orphus sistemi