Yuxarı
    Bağlamaq

    ​Texasda kimyəvi məhlul daşıyan qatar relsdən çıxıb, yaralananlar var

    Qəza nəticəsində təqribən 4 min litr qələvi dağılıb

    Bakı. 5 iyul. REPORT.AZ/ ABŞ-ın San-Antonio şəhəri yaxınlığında (Texas ştatı) kimyəvi maddə daşıyan yük qatarının 5 vaqonu relsdən çıxaraq aşıb.

    "Report" "Associated Press"ə istinadən xəbər verir ki, natrium hidroksid məhlulu daşıyan qatar şəhərdən cənub-qərbdə yerləşən sənaye zonasında qəzaya uğrayıb. Nəticədə 4 min litrə yaxın qələvi yerə dağılıb. Ən azı iki nəfər yaralanıb: onlar aşan vaqonda olublar.

    Hadisədən sonra yerli hakimiyyət orqanları yaxınlıqda yaşayan əhalini müvəqqəti olaraq təhlükəsiz yerə təxliyə ediblər. Mütəxəssislər dağılan kiməvi məhlulu toplamaqla məşğuldurlar. Qəzanın səbəbləri araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi