Texasda gün ərzində ikinci bağlama partlayıb

Texasda gün ərzində ikinci bağlama partlayıb Hadisə nəticəsində 2 nəfər xəsarət alıb
Digər ölkələr
12 Mart , 2018 22:19
Texasda gün ərzində ikinci bağlama partlayıb

Bakı. 12 mart. REPORT.AZ/ Bazar ertəsi ABŞ-ın Texas ştatının Ostin şəhərində daha bir bağlama partlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə KXAN telekanalı məlumat yayıb.

Partlayış yaşayış evində baş verib. Təqribən 70 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İkinci zərərçəkmiş birbaşa partlayışla əlaqəli olmayan travma ilə xəstəxanaya yerləşdirilib.

Bu gün ilk partlayıcı qurğu Ostindəki fərdi evlərdən birinin kandarında işə düşüb. Hadisə nəticəsində 17 yaşlı yeniyetmə yerindəcə keçinib, təqribən 40 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisələr arasında hər hansı bir əlaqənin olub-olmadığı hələ ki, məlum deyil. Polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi