ABŞ-ın Texas ştatında, Hyuston şəhərindən şimal-qərbdə güclü landşaft yanğını baş verib.
“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Yanğın “Living Earth” landşaft kompleksində lokallaşdırılıb. Yanğının lokallaşdırılmasına fövqəladə hallar xidmətinin 100-ə yaxın işçisi cəlb olunub.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Hələlik yanğının səbəbi məlum deyil.