Texasda baş verən atışmada üç nəfər ölüb

Texasda baş verən atışmada üç nəfər ölüb Atışmanın hansı səbəbədən baş verdiyi məlum deyil
Digər ölkələr
18 Aprel , 2021 23:45
Texasda baş verən atışmada üç nəfər ölüb

Texas ştatının Ostin şəhərində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində üç nəfər ölüb. Cinayətkarı zərərsizləşdirmək hələ mümkün olmayıb.

Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.

Ostin şəhəri üzrə tibbi idarəsi hadisə yerində üç meyitin aşkarlanması ilə bağlı məlumat alıb.

Artıq cinayətin baş verdiyi əraziyə polislər gəlib. Yerli sakinlərə evlərini tərk etməmək tapşırılıb.

Atışmanın hansı səbəbədən baş verdiyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi