Texasda atışma zamanı 2 nəfər ölüb

Texasda atışma zamanı 2 nəfər ölüb Texas ştatının Hyuston şəhərində yerləşən okeanariumda baş vermiş atışma zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Digər ölkələr
9 İyul , 2021 11:18
Texasda atışma zamanı 2 nəfər ölüb

Texas ştatının Hyuston şəhərində yerləşən okeanariumda baş vermiş atışma zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Report TASS-yə istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat verib.

Məlumata görə, hadisə “Downtown Aquarium” okeanariumunun ikinci mərtəbəsində, yerli vaxtla saat 20:10-da qeydə alınıb.

Şahidlərin sözlərinə görə, hadisə yerində 2 kişi meyiti aşkar edilib. Onlardan biri atəş açan şəxsin özüdür. Güllə yarası almış 1 qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti sabit qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi