Texasda atışma zamanı 12-dən çox uşaq xəsarət alıb

Texasda atışma zamanı 12-dən çox uşaq xəsarət alıb Hücum etmiş şəxs intihar edib
Digər ölkələr
6 Noyabr , 2017 21:17
Texasda atışma zamanı 12-dən çox uşaq xəsarət alıb

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatında kilsədə baş vermiş atışma zamanı xəsarət alan və ölən uşaqların sayı 12-dən 14-ə qədərdir.

"Report" "ABC"ə istinadən xəbər verir ki, bu barədə Uilson dairəsinin şerifi Co Tekkit bildirib.

ABŞ-ın hakimiyyət orqanlarının məlumatına görə, Sazerlend-Sprinqsdəki kilsədə baş vermiş atışma zamanı 26 nəfər öldürülüb, 20-ə yaxın insan yaralanıb. Ölən uşaqların dəqiq sayı barədə məlumat verilmir. Faciə qurbanlarının yaşı 5-dən 72-ə qədərdir.

Hadisəni törətmiş 26 yaşlı Devin Kelli avtomatla silahlanıb. O, kilsəni tərk etdikdən sonra yerli sakinlər tərəfindən yaralanıb, daha sonra cinayətkarı avtomobillə təqib etməyə başlayıblar. Nəticədə yol qəzası baş verib.

Bildirilir ki, hücum etmiş şəxs intihar edib. 

Son xəbərlər

Orphus sistemi