Texasda atışma törətməkdə şübhəli bilinən şəxs 5 il əvvəl həyat yoldaşı və uşağına hücuma görə mühakimə olunub

Texasda atışma törətməkdə şübhəli bilinən şəxs 5 il əvvəl həyat yoldaşı və uşağına hücuma görə mühakimə olunub O, pis davranışına görə Hərbi Hava Qüvvələrinin sıralarından vəzifəsi aşağı salınaraq istefaya göndərilib
Digər ölkələr
6 Noyabr , 2017 10:10
Texasda atışma törətməkdə şübhəli bilinən şəxs 5 il əvvəl həyat yoldaşı və uşağına hücuma görə mühakimə olunub
Reuters

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatında atışma törətməkdə şübhəli bilinən şəxs - Devin Dell 2012-cu ildə həyat yoldaşı və uşağına hücum etdiyinə görə mühakimə olunub.

"Report" "Fox News"a istinadən xəbər verir ki, o, bu hadisədən sonra pis davranışına görə Hərbi Hava Qüvvələrinin sıralarından vəzifəsi aşağı salınaraq istefaya göndərilib.

D.Kellinin ötən yayda Texasdakı avoparkda mühafizəçi işlədiyi qeyd olunub.

Daha əvvəl onun 2010-2014-cü illərdə hərbi xidmətdə olduğu, 3 il əvvəl xidmətdən "rüsvayçılıq" ilə qovulduğu və tribunala göndərildyi bildirilib. İlkin məlumatlara görə, atıcı terror təşkilatlarından heç birinə aid olmayıb.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-ın Sazerlend-Sprinqs şəhərində baptist kilsəsi yaxınlığında kişi yoldan keçənləri atəşə tutub, 26 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi