​Texas və Oklahomada sel və fırtına qurbanlarının sayı 18 nəfərə çatıb

​Texas və Oklahomada sel və fırtına qurbanlarının sayı 18 nəfərə çatıb Onlarla insan itkin düşüb
Digər ölkələr
27 May , 2015 11:21
​Texas və Oklahomada sel və fırtına qurbanlarının sayı 18 nəfərə çatıb

Bakı. 27 may. REPORT.AZ/ Son beş gün ərzində fırtına, sel və tornado nəticəsində ABŞ-ın Texas və Oklahoma ştatlarında ölənlərin sayı 18 nəfərə çatıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

CNN-in yaydığı məlumata görə, itkin düşənlərin sayı "onlarla" ölçülür. Təbii fəlakətin tüğyan etdiyi şəhərlərin hakimiyyət orqanları hələ dəqiq məlumatı əldə etməyə çətinlik çəkirlər. Belə ki, informasiya vaxtaşırı yenilənir və dəqiqləşdirilir.

Su basmış bir çox ərazilərə getmək mümkün deyil və ona görə də, dəyən zərərin dərəcəsi haqqında dəqiq məlumat yoxdur. Məlumatda yüzlərlə evin tamamilə dağıldığı və minlərlə yaşayış binalarının işıqsız qaldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi