Texasda naməlum şəxs insanlara atəş açıb, ölən və yaralananlar var

Texasda naməlum şəxs insanlara atəş açıb, ölən və yaralananlar var Hadisə Ostin şəhərində baş verib
Digər ölkələr
31 İyul , 2016 12:19
Texasda naməlum şəxs insanlara atəş açıb, ölən və yaralananlar var

Bakı. 31 iyul. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Ostin şəhərində naməlum şəxs insanlara atəş açıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü ABC telekanalı məlumat yayıb.

Polis Ostin sakinlərini şəhərin mərkəzindən uzaq durmağa çağırıb.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları çoxlu sayda insanın odlu silah yarası aldığını bildirir.

CNN xəbər verir ki, atışma nəticəsində ən azı bir nəfər ölüb. Bu, 30 yaşlı qadındır.

"Associated Press"in məlumatına görə, atışma rayonun iki hissəsində baş verib. Hər iki məntəqə polisin nəzarətinə götürülüb.

Atəş açan şəxsin tutulması barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi