Texas sərhədi qorumaq üçün 2,3 min nəfərlik hərbi düşərgə tikir

Texas sərhədi qorumaq üçün 2,3 min nəfərlik hərbi düşərgə tikir Texas ştatı qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün ABŞ-ın Meksika ilə sərhədində 2,3 min nəfərlik hərbi düşərgə yaradacaq.
Digər ölkələr
16 fevral 2024 22:14
Texas sərhədi qorumaq üçün 2,3 min nəfərlik hərbi düşərgə tikir

Texas ştatı qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün ABŞ-ın Meksika ilə sərhədində 2,3 min nəfərlik hərbi düşərgə yaradacaq.

“Report” xəbər verir ki, bu barədə Texas qubernatoru Qreq Ebbot mətbuat konfransında bildirib.

“Sərhəd təhlükəsizliyi imkanlarımızı artırmaq üçün biz Texas Milli Qvardiyasına ərazidə əməliyyatları təkmilləşdirməyə imkan verəcək yeni hərbi düşərgə tikirik”, - Abbott bildirib.

O, tikintinin birinci mərhələsinə artıq başlanıldığını əlavə edib: “Bu düşərgə 1,8 min əsgər, lazım gələrsə, 2,3 min nəfərə qədər yerləşə biləcək”.

Son xəbərlər

Orphus sistemi