Texas ştatında çovğun tüğyan edir

Texas ştatında çovğun tüğyan edir ABŞ-ın Texas ştatında çovğun səbəbindən bir milyondan artıq sakin işıqsız qalıb
Digər ölkələr
15 Fevral , 2021 15:57
Texas ştatında çovğun tüğyan edir

ABŞ-ın Texas ştatında çovğun səbəbindən bir milyondan artıq sakin işıqsız qalıb.

“Report” “Poweroutage.com”-a istinadən xəbər verir ki, Texas Elektrik Avadanlığınun Etibarlılığı Problemləri Şurası (ERCOT) dünən ştatdakı külək enerjisi qurğularının yarısının turbinlərin donması səbəbindən sıradan çıxdığını açıqlayıb. Bu da 12.000 mVt enerji itkisi deməkdir. Həmçinin elektrik stansiyalarına qaz tədarükü də azalıb.

Bununla belə Meksika körfəzi sahilində külək enerjisi qurğuları fırtınalı havada həmişəkindən xeyli çox elektrik istehsal ediblər.

Qeyd edək ki, Texasda təbii fəlakət vəziyyəti elan edilib.

Son xəbərlər

Orphus sistemi