Nigeriyada "Boko Haram" terrorçuları hərbçilərə hücum edib, ölənlər və yaralananlar var

Nigeriyada "Boko Haram" terrorçuları hərbçilərə hücum edib, ölənlər və yaralananlar var Bakı. 18 fevral. REPORT.AZ/ Nigeriyada Boko Haram terrorçuları hərbçilərə hücum edib.
Digər ölkələr
18 Fevral , 2019 01:23
Nigeriyada Boko Haram terrorçuları hərbçilərə hücum edib, ölənlər və yaralananlar var

Bakı. 18 fevral. REPORT.AZ/ Nigeriyada "Boko Haram" terrorçuları hərbçilərə hücum edib.

Bu barədə "Report" "Habertürk"ə istinadən xəbər verir.

Nigeriya ordusunun rəsmisi Sagir Musa bildirib ki, hücum ölkənin şimal-şərqində, Yobe əyalətində baş verib. Buni Yadoda terrorçularla atışma zamanı 4 hərbçi həlak olub, habelə daha 5 əsgər xəsarət alıb.

Atışma zamanı 5 terrorçu öldürülüb. Sagir Musa terrorçulara məxsus çoxlu sayda motosikletin və döyüş sursatın ələ keçirildiyini bildirib.

Nigeriyada "Boko Haram" terrorçularının 2000-ci ilin əvvəllərindən davam edən hücumları nəticəsində 20 mindən çox insan həlak olub. 

Daha əvvəl Nigeriyada silahlıların hücumu zamanı 66 nəfər öldürülüb.

Son xəbərlər

Orphus sistemi