Terrorçular Somalidə bir şəhəri ələ keçirib

Terrorçular Somalidə bir şəhəri ələ keçirib Hərbçilərin və sülhməramlıların şəhəri tərk etməsi səbəbi hələlik məlum deyil
Digər ölkələr
4 Avqust , 2017 15:13
Terrorçular Somalidə bir şəhəri ələ keçirib

Bakı. 4 avqust. REPORT.AZ/ “Aş-Şabab” terrorçu qruplaşması Somalinin cənubunda yerləşən Liqo şəhərini ələ keçirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu şəhər ölkə paytaxtı Moqadişodan 130 km. aralıda yerləşir.

İnformasiyaya əsasən, terrorçular şəhəri Afrika İttifaqının hərbçiləri və sülhməramlıları çıxandan sonra ələ keçiriblər. Onlar Liqonu avqustun 4-də səhər saatlarında tərk ediblər. Həbrçilərin və sülhməramlıların şəhəri tərk etməsi səbəbi hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi