​Terrorçular qaçqınların evlərinə qayıtmasına icazə vermir

​Terrorçular qaçqınların evlərinə qayıtmasına icazə vermir ABŞ hərbçiləri İŞİD-in Tel-Abyaddakı mövqeləri bombalandıqdan sonra şəhərə nəzarət PYD-nin əlinə keçib
Digər ölkələr
29 İyun , 2015 21:54
​Terrorçular qaçqınların evlərinə qayıtmasına icazə vermir

Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyəyə sığınan suriyalıların geri qayıtmasına terrorçu PYD (Demokratik Birlik Partiyası) mane olur.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Xəbərə görə, ölkəsinə dönmək istəyən bir qrup suriyalı Türkiyənin Akçaqala sərhəd-buraxılış məntəqəsinin qarşısına toplanıb.

Məntəqədəki məsullar oradakı suriyalıların geri dönünşünə icazə versə də, Suryanın Tel-Abyad şəhərinə nəzarət edən PYD onların evlərinə qayıtmasının qarşısını alıb.

Məlumatda bildirilib ki, ona görə də qaçqın suriyalılar iyunun 25-dən evlərinə gedə bilmir və Akçakalda gözləyirlər.

Qeyd edək ki, ABŞ hərbçiləri başda olmaqla İŞİD-in Tel-Abyaddakı mövqeləri bombalandıqdan sonra şəhərə nəzarət PYD-nin əlinə keçib. Həmin vaxtdan başlayaraq, bu terrorçu qrup qaçqın suriyalıların öz evlərinə getməsinə icazə verimir. 

Son xəbərlər

Orphus sistemi