Mosulda terrorçular 232 nəfəri edam ediblər

Mosulda terrorçular 232 nəfəri edam ediblər Bu barədə İraq Parlamentinin deputatı məlumat verib
Digər ölkələr
26 Oktyabr , 2016 22:26
Mosulda terrorçular 232 nəfəri edam ediblər

Bakı. 26 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları Mosulun iki rayonunda ən azı 232 nəfəri edam ediblər.

"Report" xəbər verir ki, bu barədə yerli deputat, İraq Parlamentinin İnsan Haqları Komitəsinin rəhbəri Əbdül Rəhim əş-Şəmri məlumat verib.

"İŞİD terrorçuları Neynəva əyalətində vəhşiliklər törədirlər, onlar Hammam-əl-Əlil rayonunda Mosulun müxtəlif ərazilərində əsir götürdükləri 190 nəfəri edam ediblər", — deyə "Sputnik" Əş-Şəmrinin mətbuat xidmətinin bəyanatını sitat gətirir.

Deputatın məlumatına görə, daha 42 nəfər Əl-Aric kəndində İŞİD ilə əməkdaşlıqdan imtina etdiyinə görə öldürülüb.

Son xəbərlər

Orphus sistemi