​Terrorçular Hələbdə tarixi qalanın girişini partladıblar

​Terrorçular Hələbdə tarixi qalanın girişini partladıblar Qala X əsrdə inşa olunub
Digər ölkələr
7 Noyabr , 2015 21:30
​Terrorçular Hələbdə tarixi qalanın girişini partladıblar

Bakı. 7 noyabr. REPORT.AZ/ Terrorçular Suriyanın Hələb şəhərində tarixi qalanın girişini partladıblar.

“Report” xəbər verir ki, bu barədə “Sputnik” agentliyinin ərəb redaksiyası məlumat yayıb.

Qala X əsrdə inşa olunub. İstehkam 13 ilə tikilib. O müxtəlif dövrlərdə monqollar, bizanslılar, ərəblər, səlibçilər və digər işğalçıların nəzarəti altında olub. 1986-cı ildə qala “Qədim Hələb şəhəri” kimi YUNESKO-nun Dünya İrs Obyektləri Siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi