Bakı. 18 mart. REPORT.AZ/ Terrorçu PKK-nın Suriyadakı qollarından biri "YPG"nin silahlıları ölkənin şimalındakı Kamışlı rayonunda Bəşşar Əsəd rejiminə bağlı 60 əsgəri girov götürüb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı məlumat yayıb.
Məlumata görə, "YPG" Bəşşar Əsəd rejiminə aid hərbçilərin olduğu binanı top atəşinə də tutub.
"Al-Jazeera" bildirib ki, terrorçular Kamışlının böyük bir hissəsinə nəzarət etsə də, rayonun qalan ərazisində isə əsədçi silahlılar yerləşib. Bundan başqa, rayondakı hava limanı da Bəşşar Əsədə aid qüvvələrin nəzarəti altındadır.