Bakı. 13 yanvar. REPORT.AZ/ Kamerunun şimalında məsciddə terrorçu-kamikadze tərəfindən partlayış törədilib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 10 nəfər ölüb, biri isə yaralanıb.
Hazırkı ana qədər bölgədə mövcud olan radikal qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.