Yuxarı
    Bağlamaq

    ​Terrora qarşı yeni koalisiya Səudiyyə Ərəbistanında ilk toplantısını keçirəcək

    Toplantının gündəliyi və digər məsələlər haqda əlavə məlumatlar yayılmayıb

    Bakı. 11 fevral. REPORT.AZ/ Əhalisinin çoxu müsəlman olan dövlətlərin təsis etdiyi terrora qarşı mübarizə koalisiyanın ilk toplantısı bu ilin martında Səudiyyə Ərəbistanında keçiriləcək.

    "Report" xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının "əl-İhbariyyə" televiziyası məlumat yayıb.

    Toplantının gündəliyi və digər məsələlər haqda əlavə məlumat verilməyib. 

    Xatırladaq ki, terrorçuluğa qarşı hərbi koalisiyası 2015-ci ilin dekabrın 15-də Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılıb. Yeni koalisiyanın baş qərargahı Ər-Riyad şəhərində yerləşəcək. Birlik öz fəaliyyətini böyük dövlətlər və beynəlxalq təşkilatlarla sıx əlaqədə quracaq. Koalisiyaya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, BəhreynQətər, Küveyt, Yəmən, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Fil Dişi Sahili, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya, İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv adaları, Malayziya daxildir. 

    İran, Suriya, İraq və Oman yeni birliyə qoşulmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi