Terror aktlarından sonra Tunisdə 50 faizə yaxın hotel bağlanıb

Terror aktlarından sonra Tunisdə 50 faizə yaxın hotel bağlanıb Son illər Avropadan bu ölkəyə üz tutan turistlərin sayı tamamilə azalıb
Digər ölkələr
10 Yanvar , 2016 23:13
Terror aktlarından sonra Tunisdə 50 faizə yaxın hotel bağlanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Son illər Tunisdə ən çox ziyanla işləyən sahələrdən biri də ölkənin turizm potensialıdır.

"Report"un TASS-a istinadən məlumatına görə, terror aktları səbəbindən Tunisdə hotel turizmi sahəsində fəaliyyət göstərən 570 mehmanxananın yarıdan çoxu bağlanılıb.

Xarici turizm şirkətləri ölkəni tərk edib, son illər Avropadan bu ölkəyə üz tutan turistlərin sayı tamamilə azalıb. Lakin bütün bunlara baxmayaraq, yerli turizm assosiasiyalarının üzvləri yaxın gələcəkdə Tunisdə bu sahənin yenidən canlanacağına inamlarını ifadə edirlər.

Son xəbərlər

Orphus sistemi