Yuxarı
    Bağlamaq

    Tereza Mey yeni hökuməti DBP-nin dəstəyi ilə formalaşdıracaq

    O, Şimali İrlandiyanın Demokratik Birlik Partiyasına koalisiya hökuməti qurmaq təklifi ilə müraciət edib

    Bakı. 9 iyun. REPORT.AZ/ Şimali İrlandiyanın Demokratik Birlik Partiyası (DBP) Böyük Britaniyanın baş naziri Tereza Meyi və hakim Mühafizəkarlar Partiyasını parlament seçkilərindən sonra koalisiya hökuməti formalaşdırmaq məsələsində dəstəkləyəcəyini elan edib.

    "Report" "Sky News"a istinadən xəbər verir ki, iclas zamanı DBP nümayəndələri bütün Birləşmiş Krallıq naminə hərəkət edəcəklərini açıqlayıblar.

    Qeyd edək ki, daha əvvəl T.Mey DBP-yə koalisiya hökuməti qurmaq təklifi ilə müraciət edib.

    İndi Birləşmiş Krallığı "asılı" parlament gözləyir, başqa sözlə, heç bir partiya 650 mandatlıq parlamentdə çoxluq (326 mandat) əldə edə bilməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi