Tereza Mey baş nazir vəzifəsində uzun müddət qalacağını vəd verib

Tereza Mey baş nazir vəzifəsində uzun müddət qalacağını vəd verib Baş nazir spekulyasiyalara son qoymağa çağırıb
Digər ölkələr
31 Avqust , 2017 04:02
Tereza Mey baş nazir vəzifəsində uzun müddət qalacağını vəd verib

Bakı. 31 avqust. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Tereza Mey baş nazir vəzifəsində qalıb-qalmayacağı ilə bağlı spekulyasiyalara son qoymağa çağırıb.

"Report"un məlumatına görə, bu barədə "ITV" telekanalı xəbər verir.

"Mənim gələcəyim haqqında bir çox versiyalar var, amma bu vəzifədə uzun müddət qalacam", - deyə o bildirib.

Daha əvvəl bildirilib ki, "Independent" nəşri üçün sorğunun nəticələrinə görə, britaniyalıların demək olar, yarısı baş nazir Tereza Meyin siyasətindən narazıdırlar. Qeyd olunur ki, rəyi soruşulanların yarısı hesab edir ki, bir halda ki, çoxları onun siyasətindən narazıdır, Mey 2022-ci ilin seçkilərinə qədər vəzifəsində qala bilməyəcək. 

Rəyi soruşulanların yalnız 29 faizi onu hakimiyyətdə görmək istəyirlər, respondentlərin 45 faizi onun erkən istefasını istəyirlər.

Son xəbərlər

Orphus sistemi