Tereza Mey parlamentdə "Brexit" üzrə səsvermənin təxirə salınmasından sonra Aİ ölkələrinə səfərə başlayır

Tereza Mey parlamentdə "Brexit" üzrə səsvermənin təxirə salınmasından sonra Aİ ölkələrinə səfərə başlayır Bakı. 11 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı sazişin şərtlərinin sadələşdirilməsi ehtimalını müzakirə etmək məqsədi ilə bu gün Avropa ölkələrinin paytaxtlarına səfərə başlayır.
Digər ölkələr
11 Dekabr , 2018 10:57
Tereza Mey parlamentdə Brexit üzrə səsvermənin təxirə salınmasından sonra Aİ ölkələrinə səfərə başlayır
0 : 00
0 : 00

Bakı. 11 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı sazişin şərtlərinin sadələşdirilməsi ehtimalını müzakirə etmək məqsədi ilə bu gün Avropa ölkələrinin paytaxtlarına səfərə başlayır.

Bu barədə "Report" "İnterfaks"a istinadən məlumat verir.

Britaniya KİV-nin yazdığına görə, baş nazir avropalı tərəfdaşlardan daha əvvəl razılaşdırılmış və faktiki olaraq Şimali İrlandiyanın Aİ ilə gömrük ittifaqından ayrılmasını qeyri-mümkün edən İrlandiya sərhədi üzrə "sığortalayıcı" sxemin müvəqqəti olmasına dair daha qəti təminat vermələrini istəyir.

Səfər turu çərçivəsində T.Mey Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Avropa Şurasının sədri Donald Tusk, eləcə də  Almaniya kansleri Angela Merkel ilə görüşmək niyyətindədir.

Xatırladaq ki, D.Tusk Aİ ölkələrinin dövlət və hökumət başçılarını fövqəladə görüşə çağırıb. Görüşdə "Brexit" məsələsi, o cümlədən Britaniya tərəfinin ratifikasiya prosesini asanlaşdırması məsələsi müzakirə ediləcək.

Dünən Britaniya Baş naziri T.Mey parlemantdə "Brexit" üzrə sazişin dekabrın 10-na planlaşdırılan səsverməsinin təxirə salınmasına qərar verib.

Son xəbərlər

Orphus sistemi